EN

“Messi üçün heykəl və şərəf oyunu mütləq olacaq”

“Barselona”nın prezidenti Joan Laporta “Kamp Nou” stadionunun ətrafında Lionel Messi üçün heykəl qoyulması planı barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "Barca Universal"  funksionerin dediklərini belə çatdırıb.

“Heykəlin qoyulması ilə bağlı təklif hələ Messi ailəsinə təqdim edilməyib. Lakin həm heykəl, həm də Messi şərəfinə oyun mütləq reallaşdırılacaq”

Qeyd edək ki, bu şənbə kataloniyalılar yenilənmiş “Kamp Nou”da ilk oyununu keçirəcək. Hazırda stadion təxminən 45 min azarkeşi qəbul edə biləcək. Tam açılış isə gələn yay planlaşdırılır. Həmin vaxta qədər bütün işlər başa çatdırılacaq. Noyabrın 22-də “Barselona”nın rəqibi “Atletik” (Bilbao) olacaq.

Chosen
39
90deqiqe.az

1Sources