EN

Qəzadan xilas olmaq istədi, digər maşının altında qaldı

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" Report-a istinadla xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Abbasov Elnur Mehdi oğlu motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib və VAZ-2107 markalı minik avtomobilinə çırpılıb.

E.Abbasov özünü xilas etmək məqsədilə asfalt örtüyünə tullanıb, lakin H.Osmanovun idatə etdiyi "Ford Transit" markalı avtomobilin altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Chosen
14
4
cebheinfo.az

6Sources