EN

“Barsa” 19 yaşlı braziliyalı hücumçunu istəyir

“Barselona” Braziliyanın “Vasko da Qama” klubunda çıxış edən gənc hücumçu Rayanın transferində ciddi şəkildə maraqlıdır.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi artıq 19 yaşlı futbolçunun keçidi üçün Braziliya təmsilçisinə rəsmi təklif göndərib.

İddialara görə, “Barsa” oyunçu üçün 25–30 milyon avro aralığında məbləğ ödəməyə hazırdır.

Qeyd edək ki, Rayan “Vasko da Qama”nın heyətində son mövsüm çıxış etdiyi 49 rəsmi matçda 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Beşiktaş"da Rafa Silva böhranı davam edir

Oskarın son durumu bəlli olub

Nuri Şahin Rusiyada işləyə bilər

Van Daykdan yeni rekord

“Atletiko”nun futbolçusu “Yunayted”in radarında

Chosen
38
1
apasport.az

2Sources