EN

Krımda baş verən mübahisə - Çauşesku Brejnevdən Moldovanı tələb edib

1965-ci ildə Nikolaye Çauşeskunun hakimiyyətə gəlib və bu, sosialist düşərgəsində ziddiyyətli bir liderin meydana çıxması demək olub. Bir tərəfdən o, Varşava Müqaviləsi üzrə sadiq müttəfiq olsa da, digər tərəfdən, 1968-ci ildə nəinki Çexoslovakiyanın işğalını pisləməyə, həm də “böyük qardaş”ına qarşı səfərbərlik elan etməyə cəsarət edən “müstəqil” siyasətçiyə çevrilib.

“Millətçilik” Çauşeskunun daxili siyasətinin əsasına çevrilib. Transilvaniyadakı macar muxtariyyəti ləğv edilib və rumınların birbaşa qədim romalılardan törəmələri nəzəriyyəsi akademik diskursa daxil edilib. Amma ən vacibi Bessarabiya və Şimali Bukovinanı (SSRİ-yə verilmiş), eləcə də Cənubi Dobrucanı (Bolqarıstana verilmiş) əhatə edən 1940-cı il sərhədləri daxilində “Böyük Rumıniya” konsepsiyasının canlandırılması olub.

mol-4.jpeg

Rumıniya təbliğatı israrla iddia edib: moldovalılar ayrı bir xalq olaraq mövcud deyillər və onların dili rumın dilinin ləhcəsidir. Bu, sadəcə olaraq tarixi təftiş deyildi; bu, ən həssas sovet respublikasına yönəlmiş ideoloji hücum olub.

İdeoloji qarşıdurma 1977-ci il avqustun 5-də iki liderin Krımda keçirilən görüşü ilə yekunlaşıb. “Nikolay Andreeviç”in dostluq müraciətinə baxmayaraq, Brejnev inadında qalıb. O, Rumıniya təbliğatını “anti-Moldova” adlandırıb və açıq şəkildə bildirib: “Çarizmin Moldovanı ələ keçirməsinin qanunsuzluğundan yazırsınızsa, bura, ərazi iddialarından uzaqda deyil”.

Rus dilini mükəmməl bilən Çauşesku incəliklə cavab verib. Marksın Rusiya imperiyasını “xalqlar həbsxanası” adlandırdığını xatırladaraq marksizmə müraciət edib. “Mən Kişinyovda olanda insanlar mənimlə hansısa Moldova dilində danışmırdılar, mənimlə rumın dilində danışırdılar”, - Rumıniya lideri Moldova kimliyinin mövcudluğunu inkar edərək bildirib.

mol-3.jpeg

Brejnev qeyd edib ki, ümumi dil milli birlik demək deyil. Məsələn, Böyük Britaniya və ABŞ eyni ingilis dilində, Almaniya və Avstriya isə eyni alman dilində danışırlar. Buna baxmayaraq, bunlar fərqli millətlər və fərqli dövlətlərdir. Brejnev vurğulayıb ki, SSRİ-nin Moldovanı ilhaq etməsi bu ölkənin xalqı üçün “mütərəqqi” əhəmiyyət kəsb edir və bu marksist qiymətdir.

Çauşesku isə etiraz edib ki, çar siyasətinin müstəmləkəçilik xarakterini tanımaq SSRİ-yə qarşı ərazi iddialarına gətirib çıxarmır: “Siz qəribə şəkildə SSRİ-ni Rusiya imperiyasının varisi kimi görürsünüz, amma biz onları eyniləşdirmirik. Lakin biz SSRİ-də bu tarixi məsələlərin işıqlandırılmasında obyektivlik istəyirik. Xüsusilə, Moldova Osmanlı imperiyasının tərkibində muxtariyyətə malik olsa da, Rusiya imperiyasının tərkibində ondan məhrum edilib...”.

Brejnev Çauşeskunun sözünü kəsib və onun ifadələrinin məntiqsiz olduğunu bildirib: “Keçən il siz Rumıniyanın SSRİ-yə qarşı heç bir ərazi iddiasının olmadığını bildirsəniz də, eyni zamanda SSRİ-dən çarizmin Rumıniya ərazisini vaxtilə qeyri-qanuni zəbt etdiyini etiraf etməyi tələb edirsiniz. Bizə qarşı ərazi iddialarınız varmı? – deyə soruşub.

Çauşesku cavab verib ki, onlar SSRİ-dən heç bir torpaq tələb etməyib. O, sadəcə çarizmin Rumıniya torpaqlarını bir zamanlar zəbt etdiyini etiraf edilməsini istəyib. Brejnev cavab verib ki, bu mövqe Çinin Sibir və Uzaq Şərqlə bağlı mövqeyinə bənzəyir: “Bu gün Çin ərazinin onların olduğunun tanınmasını tələb edirlər, sonra isə geri tələb edəcəklər. Amma biz heç vaxt belə bir şey etməyəcəyik”,- deyə baş katib vurğulayıb.

mol-5.jpeg

Bir sözlə, iki lider ortaq tarixə aid məsələlərdə heç bir razılığa gələ bilməyiblər. Söhbətin sonunda Çauşesku qeyd edib ki, Brejnevin qaldırdığı məsələlər xoşagəlməz olsa da, heç bir nöqsan olmadan səmimi və açıq şəkildə ifadə olunub.

İqamətgah yolunda Çauşesku Sov.İKP MK-nın beynəlxalq informasiya şöbəsinin inkişaf etmiş kapitalist ölkələri üzrə sektor müdiri Anatoli Potapovla danışıb. Fikir mübadiləsi heç bir diplomatik rəsmiyyət olmadan, sübut və arqumentlərin yer aldığı qızğın debat şəklində keçib.

Müzakirədə qədim dakların məskunlaşması, Balkan və Dunay xalqlarının formalaşmasında slavyanların “rolu və təsiri”, Moldova knyazlığının müstəqilliyinə I Pyotrun münasibəti, nasizmin məğlub edilməsində Rumıniyanın töhfəsinin qiymətləndirilməsinə dair müzakirələr aparılıb.

Çauşesku onun yanlış mövqe tutması fikri ilə razılaşmayıb və sovet müəlliflərini hadisələri təhrif etməkdə ittiham edib. Qədim daklar haqqında danışarkən onların az qala Buq çayına qədər yaşadıqlarını və bu ərazinin Burebistaya aid olduğunu vurğulayıb.

mol-6.jpeg

Rumıniyada dövlət təbliğatı “Karpat dahisi”nin faciəli ölümü yaxınlaşdıqca daha çox işlər görüb. Lakin sonda sosialist düşərgəsi dağılanda yerli üsyançı müxalifətçilər Çauşeskunu həyat yoldaşı ilə birgə divara sykəyib güllələyiblər.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Chosen
108
50
musavat.com

10Sources