EN

Müğənni nazirə səsləndi: “Mənə təyyarə verin”

Metbuat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müğənni Seren Serengilin anası Nevin Teomanın səhhəti pisləşib.

Bu barədə müğənni açıqlama verib. O, anasının reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.

Seren Serengil xəstə anasını İstanbula çatdırmaq üçün Səhiyyə Nazirliyindən təcili yardım təyyarəsi istəyib.

Serengil özünün sosial şəbəkə hesabında bunları yazıb:

"Cənab nazir, mən anamı itirə bilərəm. O, yıxılıb ombasını sındırıb, indi infarkt təhlükəsi və ağciyərlərinə maye yığılması diaqnozu ilə reanimasiyadadır. Anamın yatdığı xəstəxanada nə ürək, nə də angioqrafiya şöbəsi var. Onu İstanbula aparmalıyam. Zəhmət olmasa, mənə təcili yardım təyyarəsi göndərin. Pulunu ödəyəcəm, kömək edin".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
188
1
metbuat.az

10Sources