EN

"Google" daha güclü neyron şəbəkəsini TƏQDİM ETDİ

Google "Gemini 3 Pro" dil modelini və yeni agent platforması "Antigravity"ni təqdim edib.

Publika.az xəbər verir ki, bu platforma süni intellekt agentləri vasitəsilə tapşırıqların yaradılması və icrasına yönəlib. Yeniliklər həm "Google AI" məhsullarının abunəçilərinə, həm də pulsuz tarifdən istifadə edən bəzi istifadəçilərə açıq olub.

Şirkətin məlumatına görə, "Gemini 3 Pro"nun önizləmə versiyası əsas göstəricilər üzrə "Gemini 2.5 Pro"dan xeyli üstün nəticələr göstərib və geniş spektrli mürəkkəb tapşırıqları həll edə bilir. Korporasiya vurğulayıb ki, model sadəcə istifadəçinin gözlədiyi cavabları deyil, “lazımi məlumatı” təqdim etməyə fokuslanır.

Axtarışdakı "AI Mode" da yeni model açılan menyu vasitəsilə əlçatandır. "Google" bildirir ki, sistem sorğunun formulyasiyasını daha yaxşı təhlil edir və daha interaktiv, dəqiq cavablar formalaşdırır. Yaxın vaxtlarda "Gemini 3 Pro" ABŞ-dakı bütün istifadəçilərə açılacaq, "Google AI Pro" və "Ultra" abunəçilərinə isə artırılmış limitlər veriləcək.

"Gemini" tətbiqində "Gemini 3 Pro"dan istifadə cavabların keyfiyyətini yüksəldib və "Canvas"da yaradılan tətbiqlərin funksionallığını artırıb. Aktivləşdirmək üçün “Thinking” rejimini seçmək lazımdır. "Google AI Plus", Pro və Ultra tariflərinin istifadəçiləri modeldən daha geniş limitlərlə yararlana biləcəklər.

Chosen
32
2
publika.az

3Sources