Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası bu gün CEV Kubokunda 1/32 final mərhələsinin cavab oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz Niderland səfərindədir. Rəqib "Orion Stars"dır.

İlk matçda "Azərreyl" 1:3 hesabı ilə məğlub olub.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, cütün qalibi 1/16 finalda İsveçrənin "Amrisvil" kollektivi ilə qarşılaşacaq.