EN

Saytlara girişdə yaranan qlobal problem təkrarlana bilər Cloudflare üzr istədi, lakin...

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İnternet infrastrukturu provayderi "Cloudflare"də baş verən texniki problem səbəbindən dünən dünyada yaşanan qobal probemin həyəcanı hələ də davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Cloudflare" şirkəti yaranan problemə görə dünyada zərər verdiyi bütün şirkətlərdən üzr istəmək əvəzinə, əsasən X və ChatGPT kimi platformaların istifadəçilərindən üzr istəyib.

Şirkət açıqlamasında bildirib ki, bu platformalara girişdə yaranan əhəmiyyətli bir fasiləyə görə narahatlıq yaratdıqlarının fərqindədirlər: "Sizə yaşatdığımız məyusluğa görə, o cümlədən geniş internet ictimaiyyətindən üzr istəyirik"

Şirkət baş verən hadisənin onlar üçün gözlənilməz olduğunu da etiraf edib: "Artıq problem həll olunub. Lakin ola bilər ki, yenə də qısa fasilələrlə problemyaransın...".

Yeri gəlmişkən, dünya mediası yazır ki, şirkət prosesə nəzarət edən işçiləri süni intelektl əvəzləmək istəyib və bu zaman həyata keçirilən sınaq zamanı robot texonologiyasının yarıtmazlığı dünyada belə çöküşə səbəb olub.

Şirkətin açqlamasından belə anlaşılır ki, hələ qarşıda yeni sınaqlar var deyə problemlər qaçılmaz olacaq...

 

Samir MUSAYEV

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
mia.az

1Sources