EN

NYT: ABŞ Venesuela ilə qeyri-rəsmi danışıqların yeni mərhələsinə başlayıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, "The New York Times"ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp administrasiyaya Venesuela ilə qeyri-rəsmi danışıqların yeni mərhələsinə başlamağa icazə verib. Məqsəd - Vaşinqtonun Venesuela neftinə daha geniş çıxış əldə etməsi və prezident Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması üçün şərait yaratmaqdır. Mənbələrin bildirdiyinə görə, Maduro Amerika enerji şirkətlərinə Venesuela neft yataqlarına çıxış verməyə hazır olduğunu bildirib. Bununla belə, Ağ Ev Maduronun dərhal istefa verməsini hədəfləyir.
NYT yazır ki, Tramp Venesuelaya qarşı əlavə təzyiq tədbirlərini, eləcə də Mərkəzi Kəşfiyyat İdarəsinin ölkədə "gizli əməliyyatlar" keçirməsi planlarını da təsdiqləyib. Gizli əməliyyatların detalları açıqlanmasa da, ehtimallara görə, bunlara sabotaj, kiberhücumlar, psixoloji və informasiya yönümlü təsir kampaniyaları daxil ola bilər.
Mənbələrin sözlərinə görə, ABŞ prezidenti həm diplomatik yolla Maduronun hakimiyyətdən könüllü getməsinə nail ola, həm də lazım gələrsə onu güc yolu ilə devirmək barədə qərar verə bilər.
Vaşinqton Venesuela hökumətini narkotik qaçaqmalçılığı ilə mübarizədə yetərincə aktiv olmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində 8 hərbi gəmi, 1 atom sualtı qayıq və 16 mindən çox hərbçi yerləşdirib. Sentyabrdan bəri beynəlxalq sularda ən azı 20 sürətli qayıq vurulub, 76 nəfər həlak olub.
16 noyabrda Pentaqon ABŞ-ın "Gerald R. Ford" aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupunun Karib dənizinə daxil olduğunu açıqlayıb. Amerika mediası yazır ki, yaxın vaxtlarda ABŞ Venesueladakı narkokartellərin obyektlərinə aviazərbələr endirə bilər. 11 noyabrda Trampa Venesuelaya qarşı mümkün əməliyyatların yenilənmiş planları təqdim olunub və prezident jurnalistlərə bildirib ki, Vaşinqtonun atmalı olduğu addımlar barədə artıq "fikir formalaşdırıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
25
olaylar.az

1Sources