EN

Mikayıl Cabbarov: “Qeyri-neft-qaz ixracı 2 dəfə artıb”

“2019-2025-ci illərdə qeyri-neft-qaz sektorunun bütün sahələri artım nümayiş etdirib.

2019-2025-ci illərdə orta illik artım templəri üzrə lider sahələr - informasiya və rabitə (11%), qeyri-neft-qaz sənayesi (9,7%), nəqliyyat və anbar təsərrüfatı (7,8%) olub. Nisbətən aşağı orta illik artım templəri isə tikintidə (4,4%), turizmdə (4,1%), kənd təsərrüfatında (3,2%), ticarətdə (3,0%), sosial və digər xidmətlərdə (2,9%) olub”.

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.Nazir əlavə edib ki, son 6 il ərzində qeyri-neft-qaz ixracı 2 dəfə artıb:

“2019-2024-cü illərdə qeyri-neft-qaz ixracı 2 dəfə böyüyərək 3,4 mlrd. ABŞ dolları olmuş, ixrac olunan əmtəə sayı 15% artaraq 2810-a çatıb. Neft-qaz qiymətlərinin və hasilatın azalmasına baxmayaraq, 2022-ci ildən etibarən ölkənin xarici ticarət dövriyyəsi təqribən 50 mlrd. ABŞ dolları səviyyəsində sabitləşib.

2022-2024-cü illərdə xarici ticarət balansında isə ARDNF-in qızıl idxalı istisna olmaqla orta illik hesabla 16 mlrd. ABŞ dolları məbləğində müsbət saldo olub. Qeyri-neft-qaz xidmətləri ixracı isə 45%-dək artaraq 6,5 mlrd. ABŞ dollarını ötüb”.

Chosen
34
8
cebheinfo.az

9Sources