EN

Nazirdən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı xoş xəbər

Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin maliyyə təminatı üçün növbəti ilin dövlət büdcəsindən 1,2 milyard manat vəsait ayrılacaq.

Musavat.com bildirir ki, bunu parlamentdəki büdcə müzakirələri zamanı maliyhə naziri Sahil Babayev deyib. Qeyd edib ki, aqrar sektora gələn il üçün ayırmalar proqnozlaşdırılan aqrar ÜDM-in 15 faizinə çatacaq.

Nazir bildirib ki, kənd təsərrüfatına ayrılacaq vəsaitin 42 faizi və yaxud 513 milyon manatı ərzaq təhlükəsizliyi tədbirlərinə, o cümlədən subsidiyalara, kənd təsərrüfatı texnikası və avadanlıqlarına, habelə suvarma sistemlərinə güzəştlərə yönəldiləcək. Kənd təsərrüfatı xərclərinin 40 faizi və ya 490 milyon manatı torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, 18 faizi və ya 219 milyon manatı isə baytarlıq və digər kənd təsərrüfatı tədbirləri üçün nəzərdə tutulub.

E.Paşasoy,

Musavat.com

Chosen
51
14
musavat.com

10Sources