EN

Azərbaycanın yunan-Roma güləşçisi VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının final mərhələsinə yüksəlib.

İdman.Biz xəbər verir ki, ilk görüşündə Məhəmməd Qabrı (Misir) 8:0 hesabı ilə məğlub edən pəhləvan yarımfinalda Beytullah Kayısdağdan (Türkiyə) üstün olub - 5:1.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

İdman.Biz

Chosen
73
7
idman.biz

10Sources