EN

Millimizdə ilk qolunu vuran futbolçu: “Rəqiblərdən heç də geri qalmırdıq”

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb. 13-cü qrupda yer alan millimiz Malta ilə ilə qarşılaşıb.

Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda keçirilən oyunda komandamız 2:1 hesablı qələbə qazanıb. Millimizin qollarından birini Nadir Orucov vurub.

Gənc futbolçu oyun barədə fikirlərini İdmanxeber.az-a bölüşüb:

“Oyuna çox yaxşı köklənmişdik. 1-0 hesabı ilə geri düşməyimizə baxmayaraq ruhdan düşmədik, özümüzü toparlayıb iki qol vurduq və qalib gəldik. Bu, mənim milli komandadakı ilk qolum idi. Çox şadam və inşallah gələcək oyunlarda da yaxşı nəticələr qazanarıq.

Qrupdakı digər matçlarda da yaxşı oynamışdıq. Nəticə üçün iki oyunda əsas problem qol çatışmazlığı idi. Hər şey yaxşı gedirdi, komandamız oyundan geri qalmırdı, sadəcə, qol çatmırdı. Bilmirəm oyunlara baxmısınız ya yox, amma rəqiblərdən heç də geri qalmırdıq. Sadəcə, onlar yaratdığı imkanları düzgün istifadə edirdi. Deməli, biz də bu sahədə daha çox işləməliyik.”

Xatırladaq ki, U-19 millimiz Çexiya, Şimali İrlandiya və Maltanın olduğu qrupu üçüncü pillədə bitirib.

 

 

 

Chosen
30
1
idmanxeber.az

2Sources