EN

Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ

Son günlər sosial şəbəkələrdə 2026-cı ildən etibarən sürücülük vəsiqəsi üçün imtahanların Dövlət İmtahan Mərkəzinin (DİM) tabeliyinə veriləcəyi barədə məlumatlar yayılıb.

Far.Az məsələ ilə bağlı DİM-ə sorğu ünvanlayıb.

Qurumdan redaksiyamıza bildirilib ki, yayılan iddialar həqiqəti əks etdirmir.

"Gələn ildən sürücülük vəsiqəsi almaq üçün imtahanların DİM tərəfindən keçiləcəyi yalan məlumatdır", - deyə qurumun sözçüsü vurğulayıb.

Banu Hüseynli

Chosen
131
8
far.az

9Sources