EN

Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? RƏSMİ

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə 2026-cı ildən etibarən sürücülük vəsiqəsi üçün imtahanların Dövlət İmtahan Mərkəzinin (DİM) tabeliyinə veriləcəyi barədə məlumatlar yayılıb.

BAKU.WS məsələ ilə bağlı DİM-ə sorğu ünvanlayıb.

Qurumdan redaksiyamıza bildirilib ki, yayılan iddialar həqiqəti əks etdirmir.

"Gələn ildən sürücülük vəsiqəsi almaq üçün imtahanların DİM tərəfindən keçiləcəyi yalan məlumatdır", - deyə qurumun sözçüsü vurğulayıb.

Banu Hüseynli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
78
8
baku.ws

9Sources