EN

Kərki kəndi yaxın günlərdə Azərbaycana qaytarılacaq

1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Sədərk rayonunun ərazisi olan Kərki kəndini işğal etmiş Ermənistan onu Azərbaycana geri qaytaracaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə erməni saytları məlumat yayıb.

Bildirilir ki, Ermənistan tərəfi artıq bununla bağlı hazırlıqlara başlayıb. Belə ki, Kərki kəndinin yaxınlığında yerləşən digər yaşayış məntəqələrində bu kənddə məskunlaşmış ermənilərin köçürülməsi üçün yeni evlər inşa edilib.

Prosesin nə zaman başlayacağı dəqiq bilinməsə də, bunun ilk ddelmitasiya və demarkasiya prosesində baş verəcəyi qeyd edilir.

Xatırladaq ki, Naxçıvanın Kərki kəndi olduqca strateji əhəmiyyətə malikdir. Bu kənd Ermənistanın şimalı ilə cənubunu birləşdirən əsas məntəqə hesab olunur.

Fərda Uğur

Chosen
28
1
tribunainfo.az

2Sources