EN

Türkiyə millisin üzvü “Qalatasaray” və “Fənərbağça”nın hədəfində

Türkiyə millisinin yarımmüdafiəçisi Salih Özcan karyerasını ölkəsində davam etdirə bilər.

İdmanxeber.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 27 yaşlı futbolçu “Fənərbağça” və “Qalatasaray”dan aldığı təklifləri dəyərləndirəcək. Hər iki klub onun transferini qış pəncərəsində reallaşdırmağı planlaşdırır.

Salihin Dortmund “Borussiya” ilə müqaviləsi 2026-cı ilin 30 iyununa qədərdir.

O, daha əvvəl “Köln”, “Holşteyn Kiel” və “Volfsburq”da çıxış edib və 2022-ci ildən “Borussiya”da oynayır.

Chosen
20
1
idmanxeber.az

2Sources