EN

Vətəndaşlara xəbərdarlıq: Avtomobilinizin şüşəsinə kartof sürtün!

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Bu üsul qəribə səslənsə də, Smart Fox iddia edir ki, metod elmi cəhətdən təsdiqlənib

İngiltərədən olan YouTuber Smart Fox izləyicilərinə avtomobillərinin ön şüşəsinə kartof sürtməyi tövsiyə edib. Onun paylaşdığı üsul xüsusilə diqqət çəkir.

Sherg.az xəbər verir ki, qış aylarında sürücülərin qarşılaşdığı ən əngəlləyici problemlərdən biri səhər işə gedərkən şüşələrin buzlanmasıdır. Bu, qısa məsafəli yolçuluqları belə çətin və vaxt itirən hala gətirir.

 “Smart Fox”-un videosuna görə, kartofu iki hissəyə bölüb açıq tərəfini avtomobilin ön şüşəsinə sürtmək, buzlaşmanın qarşısını alır. Kartofdakı təbii şəkərlər şüşə üzərində nazik təbəqə əmələ gətirir və suyun yapışmasını əngəlləyərək buz əmələ gəlməsini önləyir.

YouTuber qeyd edib ki, kiçik kartof dilimləri və ya kartof qabıqları da istifadə oluna bilər, lakin təsirli nəticə üçün prosedurun müntəzəm təkrarlanması vacibdir.

Bu üsul qəribə səslənsə də, Smart Fox iddia edir ki, metod elmi cəhətdən təsdiqlənib və dünyanın müxtəlif bölgələrində tətbiq olunur. Sadə, ucuz və asan əldə edilə bilən üsul olaraq, xüsusilə vaxtından qənaət etmək istəyən sürücülər üçün praktik bir həll hesab edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
1
sherg.az

10Sources