EN

Həkim dərmanlarla bağlı xəbərdarlıq etdi

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Uşaqlara dərmanı yalnız pediatr, yəni uşaq həkimi təyin etməlidir. Çünki uşaqlar üçün dərmanların dozası və qəbul qaydası böyüklərdən fərqlənir. Uşaqlarda antibiotiklər yaşa görə yox, çəkiyə görə dozalanır".

“Cebheinfo.az”  xəbər verir k, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Həkim qeyd edib ki, uşaqlarda antibiotik qəbulu fərqlidir:

"Uşaq orqanizmi böyüklərə nisbətən daha həssas olduğundan, antibiotik təyinində daha məsuliyyətli olmaq lazımdır. Uşaqlar üçün dərman preparatlarının buraxılış forması fərqlidir, sirop, suspensiya şəklində dərmanlar qəbul edirlər. Yanlış və nəzarətsiz antibiotik istifadəsi uşaqlar üçün ciddi təhlükələr yarada bilər. Dərmanları xüsusi şəraitdə saxlamaq lazımdır”.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
69
1
cebheinfo.az

2Sources