EN

“Real”ın hücumçusu Premyer Liqa klubuna doğru

“Real”ın hücumçusu Qonsalo Qarsiya qış transfer pəncərəsində komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Brayton” 21 yaşlı hücumçunu icarəyə götürməyə maraqlıdır. Futbolçuya “Lids” və “Sanderlend” də diqqət göstərir.

Qarsiya 2025-ci il Klublararası Dünya Kubokunda 6 oyunda 4 qol vuraraq turnirin bombardiri olub. Bu uğurdan sonra “Real” onun müqaviləsini 2030-cu ilə qədər uzadıb. Hücumçu cari mövsümdə 9 oyunda meydana çıxıb və 1 asist edib.

Chosen
82
1
idmanxeber.az

2Sources