Sosial şəbəkələrdə yayılan məlumata görə, yanvar ayından etibarən Bakı Dövlət Universitetinin (BDU) 1 saylı tədris korpusu təmirə bağlanacaq.
"Yeni Sabah" BAKU.WS-ə istinadla xəbər verir ki, sessiya dövründə imtahanlarını digər tədris binalarında keçiriləcək. Sessiya başa çatdıqdan sonra isə dərslər digər təhsil ocağında davam etdiriləcək.
Məlumatlarda təmir qərarının tələbələrin təhlükəsizliyini təmin etmək və tədris şəraitini yaxşılaşdırmaq məqsədi daşıdığı qeyd olunur.
BDU-dan hələlik bu barədə qərar olmadığı bildirilib.
Telegram kanalımız