EN

Ana acından yemək istəyən 9 yaşlı oğlunu ÖLDÜRDÜ – Öldüyünü çəngəllə YOXLADI

Krımda ana acından yemək istəyən 9 yaşlı oğlunu boğaraq öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Krımda dəhşətli hadisə baş verib: 9 yaşlı uşaq anasından yemək istədiyi üçün öldürülüb.

İstintaqa görə, ana övladını boğduqdan sonra onun öldüyünə əmin olmaq üçün meyitinə dəfələrlə çəngəl batırıb.

Məlumata görə, ailə ağır sosial durumda yaşayırdı: qadın çox arıqlamış, uşaq isə qonşuların və küçə sakinlərinin verdiyi yeməklərlə qarnını doyururdu.

Hadisədən əvvəl ana telefonla birlikdə yaşadığı kişiyə zəng edərək “uşağı öldürəcəyini” deyib.

Bir müddət sonra oğlan özü də ögey atasına zəng edərək kömək istəyib, lakin artıq gec olub. Qadının yaxınlarda psixiatrik xəstəxanadan çıxdığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
35
interpress.az

1Sources