Bakı. Trend:
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi SəudiyyəƏrəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslamHəmrəyliyi Oyunlarında qızıl medal əldə edib.
Trend xəbər verirki, yığma final qarşılaşmasında Türkiyəni 21:13 hesabı ilə məğlubedərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Komanda bundan əvvəl yarımfinal mərhələsində Misir yığmasını22:15 hesabı ilə üstələyib.