EN

Sürücülük vəsiqəsi üçün imtahanı DİM keçirəcək?


Son günlər sosial şəbəkələrdə 2026-cı ildən etibarən sürücülük vəsiqəsi üçün imtahanların Dövlət İmtahan Mərkəzinin (DİM) tabeliyinə veriləcəyi barədə məlumatlar yayılıb.
Gender.Az xəbər verir ki, Baku.ws saytı məsələ ilə bağlı DİM-ə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, yayılan iddialar həqiqəti əks etdirmir.
"Gələn ildən sürücülük vəsiqəsi almaq üçün imtahanların DİM tərəfindən keçiləcəyi yalan məlumatdır", - deyə qurumun sözçüsü vurğulayıb.

Chosen
76
8
gender.az

9Sources