Bakı. Trend:
Almaniyada kütləvi işdənçıxarma dalğası daha da güclənir. Ölkədə88 müəssisə ümumilikdə 147 522 iş yerinin ixtisarınıplanlaşdırır.
Trend xəbər verirki, bu barədə “Bild” qəzeti “Initiative Neue SozialeMarktwirtschaft” lobbi təşkilatının araşdırmasına istinadən məlumatyayıb.
Araşdırma 1 iyul 2024-cü ildən etibarən işçi ixtisarları iləbağlı bildiriş təqdim edən şirkətləri əhatə edir.
Siyahıda demək olar ki, bütün iqtisadi sektorlar yer alır:avtomobil ehtiyat hissələri istehsalçıları, logistika və İTşirkətləri, aviadaşıyıcılar, eləcə də kiçik maşınqayırmamüəssisələri.
Məlumata görə, təkcə “Deutsche Bahn” 30 min əməkdaşını,avtomobil ehtiyat hissələri istehsalçısı “ZF” isə 14 min işçiniixtisar etməyi planlaşdırır.