EN

Məşhur ticarət mərkəzinin sənədi itib

Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda yerləşən “Səfalı Ticarət Mərkəzi” Açıq Səhmdar Cəmiyyətinin emissiya prospekti sənədi itib.

"Yeni Sabah"ın xəbərinə görə, adıçəkilən sənədi ticarət subyektinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti verib.

Sənədin hansı şəraitdə yoxa çıxması məlum deyil. 

Xatırladaq ki, emissiya prospekti müəyyən qiymətli kağızın yeni buraxılışı (emissiyası) zamanı qiymətli kağızlar bazarının buraxılışının tənzimləməsi üzrə səlahiyyətli quruma təqdim edilən, emitent və buraxılan kağız haqqında məlumatlar əks olunan sənəddir. 

Qeyd edək ki, "Səfalı" Ticarət Mərkəzi Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında fəaliyyət göstərir. Onun qanuni təmsilçisi Tağıyev Fateh Əfqan oğludur.

Nazim Hacıyev 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
yenisabah.az

2Sources