EN

Kaşivazaki-Kariva AES-in yenidən işə salınmasına icazə veriləcək

Bakı. Trend:

Yaponiyada Niigata prefekturasının qubernatoru Hideyo Hanazumidünyanın ən böyük atom elektrik stansiyalarından biri olanKaşivazaki-Kariva AES-in reaktorlarından birinin yenidən işəsalınmasını təsdiqləməyi planlaşdırır.

Trend xəbər verirki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Fukusima faciəsindən sonra kommersiya reaktorlarınındayandırılması səbəbindən stansiya 2012-ci ildən bəri işləmirdi.Son illərdə pik dövrlərdə elektrik çatışmazlığı ilə üzləşən Tokiometropoliten hökuməti Niigata rəhbərliyindən stansiyanın yenidənişə düşməsinə razılıq verilməsini istəyib.

Artıq zavodun yerləşdiyi Niigata şəhəri və Kariva kəndininmerləri reaktorun yenidən işə salınmasına razılıq veriblər.Qubernatorun noyabrın 21-də qərarı rəsmi şəkildə təsdiqləməsigözlənilir. Bundan sonra o, yerli qanunverici orqanlaməsləhətləşəcək və təsdiqdən sonra prosedurların tamamlanmasıbarədə Baş nazir Sanae Takaiçiyə məlumat verəcək.

Chosen
12
az.trend.az

1Sources