EN

Anklavlar və Başkənd: bu ərazilər qaytarılsa, nələr olacaq?

“Tiqranaşenin (Kərki) təhvil verilməsi ilə Ararat (Vedi) və Sünik (Zəngəzur) daxil olmaqla cənub bölgələri iki hissəyə bölünəcək. Sisyan, Vayk (Paşalı) və digər yerlər Azərbaycanın nəzarətinə düşəcək. Bu o deməkdir ki, Tiqranaşen təhvil verilən kimi Araratdan Sünikə gedən bütün yollar Azərbaycan ordusunun nəzarətinə keçəcək”.

Publika.az
xəbər verir ki, bu barədə təhlükəsizlik üzrə erməni ekspert Hayk Nahapetyan deyib.

Erməni ekspert qeyd edib ki, hazırda Ermənistanın Gürcüstana iki yolu var, onlardan biri Tavuşdan keçir və əsas sərnişin axını da bu istiqamətdədir: “Paşinyanın dediyi kimi, Tavuş istiqamətində anklavlar təhvil veriləcəksə, Gürcüstana gedən yol da, bu ərazidən keçən Rusiya-Ermənistan qaz kəməri də Azərbaycanın nəzarətinə düşəcək”.

Hayk Nahapetyan Paşinyanın Başkənd haqqında dediklərinə də toxunub. Erməni baş nazir bildirib ki, Azərbaycana məxsus anklavlar qaytarılacaq, əvəzində onlar SSRİ-də ermənilərə verilmiş və “Ermənistan anklavı” kimi qəbul edilmiş Başkəndi alacaqlar.

Erməni ekspert isə hesab edir ki, Başkəndin Ermənistana verilib-verilməməsi heç nəyi dəyişmir.

“Artsvaşen (Başkənd) verilsə də, ermənilər gedib orada heç vaxt yaşamayacaq. Əgər Tiqranaşen (Kərki) Naxçıvana qonşudursa, Artsvaşen Azərbaycanın içərilərindədir. Kim gedib orada yaşayacaq? Heç kim. Əslində Paşinyan Artsvaşeni alacağıq adı altında Tiqranaşeni və digər əraziləri verəcək”, - o iddia edib.

Asif

Chosen
12
publika.az

1Sources