EN

AKB regionlar üzrə kredit skorlarının analizini təqdim edəcək yeni modul hazırlayır

Bakı. Trend:

Azərbaycan Kredit Bürosu (AKB) regionlar üzrə kredit skorlarınınanalizini təqdim edəcək yeni modul hazırlayır.

Trend xəbərverir ki, bunu bu gün Azərbaycan Kredit Bürosunun Məhsul rəhbəriRasim Həbibzadə Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumununikinci günündə bildirib.

Onun sözlərinə görə, büro hazırda regionlar üzrə analiz adlananyeni modul üzərində işləyir.

"Bu modulun cari ilin sonunadək istifadəyə verilməsiplanlaşdırılır. Yeni modul vasitəsilə istifadəçilərportfellərindəki yeni kreditlərin ölkənin müxtəlif regionları üzrəorta skorlarını müəyyən edə biləcəklər. Yəni, bu modul hər birregionda verilmiş kreditlərin skor dinamikasını fərqli dövrlər üzrətəhlil etməyə imkan verəcək”, – R. Həbibzadə qeyd edib.

Məqalədə:
Chosen
22
1
az.trend.az

2Sources