EN

DÇ-2026: Türkiyə millisinin pley-off mərhələsindəki rəqibi müəyyənləşir

Bu gün DÇ-2026-nın seçmə mərhələsində pley-off oyunlarının püşkü atılacaq. SİA xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Tədbirdə Türkiyə milli komandasının da rəqibi bəlli olacaq. 1-ci səbətdə yer alan “ay-ulduzlular” yarımfinalda 4-cü səbətdəki yığmalardan biri ilə qarşılaşacaq.

1-ci səbət: Türkiyə, İtaliya, Ukrayna, Danimarka

2-ci səbət: Uels, Polşa, Çexiya, Slovakiya

3-cü səbət: Albaniya, İrlandiya, Kosovo, Bosniya və Herseqovina

4-cü səbət: Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya

Qeyd edək ki, pley-off mərhələsinin yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə 31-də oynanılacaq. Yarımfinal və finallar bir matçdan ibarət olacaq, qaliblər dünya çempionatına vəsiqə qazanacaqlar. 1 və 2-ci səbətlərdə olan komandalar ilk oyunlarını öz meydanında keçirəcəklər. Final matçlarının ev sahibləri püşkatma ilə müəyyənləşəcək.

Chosen
21
48
sia.az

10Sources