EN

IFC Azərbaycandakı fəaliyyətinin prioritetləri barədə danışıb

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası artıq 30 ildir ki, Azərbaycanıninkişafına dəstək olur.

Trend xəbər verirki, bunu IFC-nin Qərbi Balkanlar və Cənubi Qafqaz üzrə direktoruVibke Şlömer öz sosial şəbəkə hesabında yazıb.

V. Şlömer bildirib ki, IFC-nin Azərbaycanda fəaliyyətə başladığı1995-ci ildən etibarən maliyyə xidmətləri, infrastruktur, sənayeistehsalı və aqrobiznes sahələrində maliyyələşdirdiyi təxminən 60layihə həyata keçirilib.

“Bizim məsləhətçi fəaliyyətimiz biznes mühitiningücləndirilməsinə, maliyyə sektorunun dəstəklənməsinə, korporatividarəetmənin yaxşılaşdırılmasına və kiçik və orta sahibkarlıqsubyektləri üçün imkanların genişləndirilməsinə kömək edib. Bu günAzərbaycandakı fəaliyyətimiz iqtisadi şaxələndirmənindəstəklənməsi, iş yerlərinin yaradılması, KOB-ların maliyyəyəçıxışının genişləndirilməsi, enerji əlçatanlığının artırılması vəölkənin regional nəqliyyat qovşağı kimi rolunu möhkəmləndirəninfrastrukturun inkişafına yönəlib. Bu fəaliyyət vacibdir, belə ki,biznesin inkişafına, özəl investisiyaların stimullaşdırılmasına vəxüsusilə Azərbaycanın karbohidrogenlərdən kənar iqtisadiyyatakeçidi sürətləndirdiyi bir zamanda daha dayanıqlı və inklüzivgələcəyin qurulmasına töhfə verir. Biz həmçinin region üzrəyüklərin daşınmasında mühüm rol oynayan Bakı Beynəlxalq DənizTicarət Limanına da baş çəkdik”, – deyə o vurğulayıb.

Şlömer əlavə edib ki, Bakı səfəri çərçivəsində o, NəqliyyatNazirliyi, Mərkəzi Bank və İqtisadiyyat Nazirliyinin nümayəndələriilə məhsuldar görüşlər keçirib və hər bir qurum mövcud islahatlarınəhəmiyyətini və özəl sektorun inkişafı üçün imkanları önəçəkib.

“Bank Respublika nümayəndələri ilə görüşüm də 2007–2009-cuillərdə KOB-ların maliyyələşdirilməsi ilə başlayan və 2023–2024-cüillərdə genişləndirilmiş uzunmüddətli tərəfdaşlığımızınəhəmiyyətini bir daha təsdiqlədi. Bu əlaqələrin möhkəmləndirilməsiprioritet olaraq qalır, çünki bank kiçik müəssisələrə və iqlimyönümlü investisiyalara dəstəyini daha da artırır”, - deyə ofikrini yekunlaşdırıb.

Chosen
7
2
az.trend.az

3Sources