Bu gün DÇ-2026-nın seçmə mərhələsində pley-off oyunlarının püşkü atılacaq.
Xezerxeber.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Tədbirdə Türkiyə milli komandasının da rəqibi bəlli olacaq. 1-ci səbətdə yer alan “ay-ulduzlular” yarımfinalda 4-cü səbətdəki yığmalardan biri ilə qarşılaşacaq.
1-ci səbət: Türkiyə, İtaliya, Ukrayna, Danimarka
2-ci səbət: Uels, Polşa, Çexiya, Slovakiya
3-cü səbət: Albaniya, İrlandiya, Kosovo, Bosniya və Herseqovina
4-cü səbət: Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya
Qeyd edək ki, pley-off mərhələsinin yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə 31-də oynanılacaq. Yarımfinal və finallar bir matçdan ibarət olacaq, qaliblər dünya çempionatına vəsiqə qazanacaqlar. 1 və 2-ci səbətlərdə olan komandalar ilk oyunlarını öz meydanında keçirəcəklər. Final matçlarının ev sahibləri püşkatma ilə müəyyənləşəcək.