EN

“Atasının ondan imtina etdiyini öyrənəndə daha çox tükəndi” – Video


Xəbər verdiyimiz kimi, noyabrın 19-da Bakıda “Təmiz Dünya” sığınacağında yaşayan yeniyetmə qız – Şəmkir rayon sakini, 2009-cu il təvəllüdlü N.C. 4-cü mərtəbədən yıxılıb. Xəstəxanaya yerləşdirilən N.C. orada dünyasını dəyişib. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Yeniavaz.com
xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi məsələ ilə bağlı məlumat və görüntülər yayıb.
“Çox böyük bir faciə yaşamışıq...
Bu faciəni ilk dəfədir yaşayırıq. Sığınacaqda qalan azyaşlı bir qız həyatı ilə vidalaşıb. Bu hadisədən əvvəl o, doğulduğu rayona getmək istəyirdi və xalasının, həmçinin atasının onu qəbul edəcəyi ümidi ilə yaşayırdı. Xalası dəfələrlə onu götürəcəyini bildirsə də, təəssüf ki, nə himayəyə götürmək üçün müraciət etmiş, nə də real addım atmışdı.
Qızın vəziyyəti ilə bağlı dəfələrlə Sosial Xidmətlər Agentliyinə məlumat vermişdik. Onlar da uşağın ailəsinə qaytarılması üçün çalışırdı. Təəssüf ki, nə ailəsi, nə də ən doğma olan atası onu yanına götürdü. Sosial Xidmətlər Agentliyinin əməkdaşı da onunla dəfələrlə fərdi söhbətlər aparmışdı, lakin bu da müsbət nəticə vermədi. Onun tək istəyi ailəsinə qovuşmaq idi. Ən çox onu tükəndirən atasının ondan imtina etdiyini öyrənməsi oldu. Bu xəbər tam olaraq onun qalan ümidlərini də qırdı.
Bilirsiniz, sığınacaq qapalı müəssisə deyil. Biz bu hadisənin baş verəcəyini düşünmürdük, amma təhlükənin fərqində idik. Bütün qurumları da məlumatlandırmışdıq. Sonda həyatının baharını belə yaşamamış bu qız dünyadan köçdü. Son olaraq qohumları ondan qalan müəyyən məbləği və geyimlərini götürdülər”, - məlumatda deyilir.
Chosen
12
12
yeniavaz.com

10Sources