EN

Sığınacaqda dəhşət: Atası imtina etdiyi üçün… – Detallar

Çox böyük bir faciə yaşamışıq…
Bu faciəni ilk dəfədir yaşayırıq. Sığınacaqda qalan azyaşlı bir qız həyatı ilə vidalaşıb. Bu hadisədən əvvəl o, doğulduğu rayona getmək istəyirdi və xalasının, həmçinin atasının onu qəbul edəcəyi ümidi ilə yaşayırdı. Xalası dəfələrlə onu götürəcəyini bildirsə də, təəssüf ki, nə himayəyə götürmək üçün müraciət etmiş, nə də real addım atmışdı.

Tribuna xəbər verir ki, bunu hadisənin baş verdiyi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova yazıb. O bildirib ki, qızın vəziyyəti ilə bağlı dəfələrlə Sosial Xidmətlər Agentliyinə məlumat verilib:

“Onlar da uşağın ailəsinə qaytarılması üçün çalışırdı. Təəssüf ki, nə ailəsi, nə də ən doğma olan atası onu yanına götürdü. Sosial Xidmətlər Agentliyinin əməkdaşı da onunla dəfələrlə fərdi söhbətlər aparmışdı, lakin bu da müsbət nəticə vermədi. Onun tək istəyi ailəsinə qovuşmaq idi.Ən çox onu tükəndirən atasının ondan imtina etdiyini öyrənməsi oldu.Bu xəbər tam olaraq onun qalan ümidlərinidə qırdı

Bilirsiniz, sığınacaq qapalı müəssisə deyil, biz bu hadisənin baş verəcəyini düşünmürdük, amma təhlükənin fərqində idik. Bütün qurumları da məlumatlandırmışdıq. Sonda həyatının baharını belə yaşamamış bu qız dünyadan köçdü. Son olaraq qohumları ondan qalan müəyyən məbləği və geyimlərini götürdülər”.

Gülşən Rəsul

Chosen
19
3
tribunainfo.az

10Sources