EN

Stres hansı xəstəliklərə səbəb ola bilər?

Psixoloq və digər mütəxəssislər uzun müddətli (xroniki) stressin insan orqanizminə ciddi mənfi təsirləri olduğunu qeyd edirlər. Belə ki, davamlı stres immun sistemini zəiflədib, bir çox xəstəliyə yol aça bilər.


Pravda.az stresin səbəb ola biləcəyi əsas xəstəlikləri təqdim edir:


Diabet: Xroniki stres hormon balansını pozaraq qanda şəkər səviyyəsinin artmasına gətirib çıxara bilər.


Ürək-damar xəstəlikləri: Yüksək kortizol səviyyəsi qan təzyiqini artırır, damar daralmasına səbəb ola bilər.


İrritabl bağırsaq sindromu (IBS): Stres həzm sistemində problemlərə, mədə sancıları, qarında narahatlığa gətirib çıxara bilər.


Depressiya: Psixoloji sağlamlıq da xroniki stresdən ciddi şəkildə zədələnə bilər.
 

Stresi idarə etmək üçün yetərli yuxu, balanslı qidalanma, fiziki fəaliyyət, meditasiya və nəfəs məşqləri vacibdir.
Zərurət yarandıqda isə psixoloq və ya həkimlə məsləhətləşmək tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 20 Noyabr 2025, 14:51   
Chosen
68
pravda.az

1Sources