Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, sərbəst güləşdə İslam Bazarqanov (57 kiloqram), qadın güləşində Ruzanna Məmmədova (62 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaq.
Daha əvvəl Azərbaycan güləşçilərindən Jalə Əliyeva (57 kiloqram) qızıl, Həsrət Cəfərov (67 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) gümüş, Elnurə Məmmədova (50 kiloqram) isə bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.