EN

63 yaşlı vəkil 3 il azadlıqdan məhrum edildi

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Əsma Hüquq Xidmətləri Servis" MMC-nin rəhbəri Tahir Qurbanova hökm oxunub. 

Qaynarinfo xəbər verir ki, Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Tahir Qurbanov 1 il 6  ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum edilib. 

İş materiallarına görə, Tahir Qurbanov bir neçə nəfərə qarşı dələduzluq edib. Onun qurbanları əsasən yaxınları həbs olunmuş şəxslər olub. Tahir Qurbanov həmin şəxslərə yüngül cəza verilməsinə, yaxud azadlığa buraxılmasına nail olacağı barədə onların yaxınlarına vəd edib. O, zərərçəkmişlərdən ümumilikdə 50 000 manatdan yuxarı pul alıb. 

Tahir Qurbanov verdiyi vədi yerinə yetirmədiyinə görə barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib. O, saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. 

63 yaşlı Tahir Qurbanov qurbanlarına özünü vəkil kimi təqdim edib.

Seyid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
9
qaynarinfo.az

10Sources