Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Milli Məclisdə vəfat edən şəxsin pensiya kapitalının vərəsələrə verilməsi məsələsi müzakirə olunub.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib.
“Elə şərait yaratmaq lazımdır ki, pensiyaya çıxmağa bir qədər qalmış müddətdə insanlar pensiya kapitalından istifadə etsinlər. Vətəndaş pensiyaya çıxan zaman və ya çıxmamışdan dünyasını dəyişibsə, onun pensiya kapitalının vərəsələrə verilməsi istiqamətində qanunvericiliyə dəyişiklik edilməsini vacib hesab edirəm”, - deputat bildirib.
Nuranə Daxilqızı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.