BAKI, 20 noyabr. TELEQRAF
“Ailə bir məktəb hökmündədir. Ailə məktəbində yetişən fərdlər nə qədər şüurlu olarsa, cəmiyyət də bir o qədər güclü olar. Ailəyə baxanda milləti görürük. Ailə səbir və fədakarlıq məktəbidir. Ailəni gücləndirmədən dövlət yaşaya bilməz”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Cinsiyyətsizləşdirmə kimi təşviqlər və LGBT kimi sapqın cərəyanlara qarşı lazımi tədbirləri görürük, ən kiçik bir güzəşt, səhlənkarlıq və arxayınlığa əsla yol vermirik. Qlobal kapitalizmin yeni cəbhələr açdığı, mədəni imperializm və rəqəmsal mühasirənin dünyada gücləndiyi bir dövrdə ailə institutunu qorumağa xüsusi diqqət yetiririk.
Sosial media və rəqəmsal platformalarda insanla birlikdə ailə, cəmiyyət quruluş və müqəddəs dəyərlərimizi hədəf alan məzmunlarla effektiv şəkildə mübarizə aparırıq”, - o bildirib.