EN

“İlin Adamı” yarışında SENSASİYA: Süni intellekt Papa və Trampı GERİDƏ QOYDU

"Time" jurnalının ən nüfuzlu titullarından olan “İlin adamı” nominasiyasında bu dəfə favorit insan deyil, süni intellektdir.

Musavat.com xəbər verir ki, jurnalın hesablamalarına görə, süni intellektin qalib gəlmə ehtimalı 37% təşkil edir və bu göstərici onu Roma Papası XIV Levi və ABŞ-ın keçmiş prezidenti Donald Trampdan daha yüksək sıraya çıxarır.

Reytinqdə ikinci yerdə Nvidia şirkətinin qurucusu və CEO-su Censen Huannq qərarlaşıb — onun şansı 17% qiymətləndirilir. Donald Trampın şansı isə cəmi 7% olaraq göstərilir.

Xatırladaq ki, Tramp ötən il “İlin adamı” seçilmişdi.

Niyə süni intellekt favoritdir?

"Time" jurnalının seçimi çox vaxt təkcə populyarlığa deyil, həm də:

  • cəmiyyətə təsirin miqyasına

  • bu təsirin müsbət və ya mənfi olmasından asılı olmayaraq, yaratdığı dəyişikliklərə əsaslanır. Bu səbəbdən tarix boyu “İlin adamı” titulu müxtəlif şəxslərə — İosif Stalin, Şarl de Qoll, Nikita Xruşşov, Vladimir Putin, Kamala Harris və hətta Teylor Svift kimi fiqurlara verilib.

Bu il isə dünyada ən böyük təsir gücünə malik fenomen — süni intellekt — liderə çevrilib.

"Time" jurnalı bu yaxınlarda Dubayın məşhur “şokolad hədiyyələrini” də BƏƏ-nin “yumşaq güc” aləti kimi qiymətləndirmişdi.

Musavat.com

Chosen
96
musavat.com

1Sources