EN

Milli Məclis DSMF-nin 2026-cı il büdcəsini birinci oxunuşda təsdiqlədi

Bakı. Trend:

“Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında”qanun layihəsi Milli Məclisdə birinci oxunuşdaqəbul edilib.

Trend-inməlumatına görə, qanun layihəsi parlamentin bugünkü plenariclasında müzakirəyə çıxarılıb.

Məlumat üçün bildirək ki, dövlət sosial müdafiə fondunun (ocümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarındaqalan sərbəst vəsait “Sosial sığorta haqqında” Qanuna uyğun olaraqnövbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindəninvestisiyaya yönəldiləcək.

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlaranəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrəvəsaitlər dövlət sosial müdafiə fonduna tam məbləğdə daxilolmadıqda dövlət sosial müdafiə fondunun büdcəsininbalanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərininmaliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitinməbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlətsosial sığorta haqları arasındakı fərq qədər artırılacaq, artıqdaxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburidövlət sosial sığorta haqları arasındakı fərq qədərazaldılacaq.

Fondun xərclərinin maliyyələşməmənbəyi

Fondun 2026-cı il büdcəsinin ümumi gəlirləri 8323,10mln. manat proqnozlaşdırılır ki, bu da 2025- ci ilintəsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə705,70 mln. manat və ya 9,26 faizçoxdur.

Fondun 2026-cı il üçün məcburi dövlət sosial sığorta haqlarıüzrə gəlirlərinin 6591,10 mln. manat və ya fondunümumi gəlirlərinin 79,19 faizi qədər təşkiledəcəyi proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiqlənmişmüvafiq proqnoz məbləği göstəricisi ilə müqayisədə 593,70mln. manat və ya 9,90 faiz çoxdur.

2026-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrədaxilolmaların proqnozunun 2109,12 mln. manatı vəya 32,0 faizi büdcədən maliyyələşən təşkilatların,4481,98 mln. manatı və ya 68,0faizi qeyri-büdcə sektorunun payına düşür ki, bu da2025-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətənistiqamətlər üzrə müvafiq olaraq 73,36 mln. manatvə ya 3,60 faiz520,34 mln.manat və ya 13,13 faiz çoxdur.

Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən(işçilərlə bağlı ödənişlər nəzərə alınmadan fərdi sahibkarlarınözləri üçün ödənilən) məcburi dövlət sosial sığorta haqları üzrədaxilolmalar 2026-cı ildə minimum əməkhaqqının 400,0manat həddində 103,5 mln. manatproqnozlaşdırılır. Məcburi dövlət sosial sığorta haqlarının proqnozgöstəricilərinin müəyyən edilməsi məqsədilə istifadə olunan əsasmakroiqtisadi göstəricilərdən olan orta aylıq əməkhaqqıgöstəriciləri İqtisadiyyat Nazirliyindən əldə edilmiş məlumatlarda2025-ci il üzrə 1101,6 manat, 2026-cı il üzrə isə1170,8 manat göstərilir.

2026-cı ildə dövlət öhdəliklərinin ümumi məbləği 3613,68mln. manat təşkil etsə də, 2026-cı ildə dövlət sosialmüdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlətbüdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlətbüdcəsindən ayrılan vəsait məbləği 1700,00 mln.manat nəzərdə tutulur. Bu məbləğ ümumi dövlət öhdəliyinin47,04 faizini təşkil etməklə 2025-ci ilin təsdiqolunmuş proqnozundan cəmi 100,00 mln. manat və ya6,25 faiz çoxdur.

2026-cı ildə hesablanmış faizlər, maliyyə sanksiyaları və s.üzrə daxilolmaların 32,0 mln. manat məbləğindəolması ehtimal edilir ki, bu da əvvəlki ilin gözləniləngöstəricisinə nisbətən 2,0 mln. manat və ya6,67 faiz çoxdur.

Fondun xərcləri

Fondun 2026-cı il üçün xərcləri 8483,07 mln.manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmişproqnoz göstəricisinə nisbətən 806,65 mln. manatvə ya 10,51 faiz çoxdur.

Növbəti ildə əhaliyə ödənişlər 8196,45 mln.manat həcmində və ya fondun ümumi xərclərinin 96,62faizi səviyyəsində proqnozlaşdırılır.

Növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin7992,88 mln. manatı əmək pensiyalarının,203,57 mln. manatı isə məcburi dövlət sosialsığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinəyönəldiləcək. Əhaliyə ödənişlərin 2026-cı il üçün nəzərdə tutulmuşproqnozu 2025-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən787,51 mln. manat və ya 10,63faiz çoxdur. 2026-cı il üzrə əmək pensiyalarınınödənilməsi xərcləri əhaliyə ödənişlərin 97,52faizini təşkil edir.

2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin proqnozgöstəricisi (cəmi 7992,88 mln. manat) 2025-ci ilintəsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 10,85faiz və ya 782,35 mln. manat çox nəzərdətutulur. Əmək pensiyalarının proqnozunun hesablanması zamanı2025-ci ilin sonuna pensiyaların aylıq məbləğinin 602,0mln. manat olacağı, eləcə də pensiya məbləğlərində aylıqdəyişkənlik dinamikası nəzərə alınaraq 2026-cı ildə pensiyaxərclərinin 7992,88 mln. manat təşkil edəcəyiproqnozlaşdırılır.

İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominaləməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9,2faiz təşkil etməsi nəzərə alındıqda 2026-cı ildə əməkpensiyalarının indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükününtəqribən 635,59 mln. manatadək olması gözlənilir.Nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya vəbəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilənmüavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərindədəyişikliklər mümkündür. Belə ki, artım tempinin əlavə olaraq cəmi1 faizədək dəyişməsinin təkcə illik pensiyaxərclərinə təsiri təqribən 72,0 mln. manatətrafında gözlənilir.

2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabınaverilən müavinətlərin proqnozu 203,57 mln. manatməbləğində nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq edilmişproqnozunu 2,60 faiz və ya 5,16mln. manat üstələyib.

Chosen
69
3
az.trend.az

5Sources