EN

Fransa Superkuboku bu ölkədə keçiriləcək


Fransa çempionu “Pari Sen-Jermen” və Fransa kubokunun qalibi “Marsel” arasında baş tutacaq Superkubok matçının tarixi və yeri məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Fransa Peşəkar Futbol Liqasının rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, komandalar 2026-cı il yanvarın 8-də üz-üzə gələcək.
Oyun Küveytin paytaxtı Əl-Küveyt şəhərindəki “Caber Əl-Əhməd” stadionunda keçiriləcək.
Oyunun başlama vaxtı və hakimlər briqadası daha sonra açıqlanacaq.
Qeyd edək ki, Fransa Superkuboku matçı 2009-cu ildən ölkədən kənarda keçirilir.
Chosen
4
yeniavaz.com

1Sources