EN

İsrail Suriyadan silah gətirən dəstəni İFŞA ETDİ

İsraildə Suriyadan silah qaçaqmalçılığına görə 7 nəfərə ittiham irəli sürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

İsraildə 7 nəfər barəsində silah qaçaqmalçılığı, qanunsuz silah saxlanması və ticarəti ilə bağlı iki ittiham aktı təqdim edilib.

İstintaqa görə, onlar Suriyanın cənubundakı gərginlikdən istifadə edərək bölgəyə daxil olub, oradakı silahlı qruplarla əlaqə qurublar.

Şübhəlilərin bəzən humanitar fəaliyyət adı altında gizli sövdələşmələrlə silah alıb İsrail ərazisinə keçirməyə cəhd etdikləri bildirilir.

Silahların İsraildəki cinayətkar qruplara çatdırılması üçün xüsusi kanallar yaradıldığı da vurğulanıb.

Hadisə ölkənin təhlükəsizlik qurumlarında ciddi narahatlıq yaradıb və istintaq davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
92
50
interpress.az

10Sources