Bakı. Trend:
Noyabrın 21-də D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvdövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı mediasubyektlərinin rəhbərlərinin, digər yüksək vəzifəli nümayəndələrinvə sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun,əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusundaD-8 Media Forumu keçiriləcək.
Trend bu barədəMedianın İnkişafı Agentliyinə istinadla xəbər verir.
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçiriləcəkforumda regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinintəkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi,dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərinformalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrintəşviqi və təcrübələrin paylaşılması məsələləri müzakirəolunacaq.
Forum çərçivəsində “Məsuliyyətli jurnalistika və rəqəmsalinnovasiya” və “Strateji kommunikasiya və böhranın idarə olunması”mövzularında iki panel sessiyanın, həmçinin “Rəqəmsallaşan dünyadamedia etikası: Texnologiyalar, trendlər və narrativlər” mövzusundavörkşopun təşkili planlaşdırılır.
Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xaricinümayəndə olmaqla, ümumilikdə 150-ə yaxın qonaq iştirak edəcək.