Heç vaxt təsdiqlənməyən və həyata keçməyən “Kamp Nou” layihəsi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, layihə 2007-ci ildə, Laportanın prezidentliyi dövründə, məşhur britaniyalı memar Norman Foster tərəfindən təqdim edilmişdi.

▪️ "Foster", "Uembli", "Lusail" və yeni "Old Trafford" kimi nəhəng stadionların dizayneridir.

▪️ Yeni layihə “Kamp Nou”ya müasir və zərif görünüş verməyi, eyni zamanda mövcud strukturu və stadionun asimmetrik üçüncü tribunası qorumağı hədəfləyirdi.

▪️ Layihədə tribunaların üzərini tam örtən, günəş işığının içəri düşməsinə imkan verən elastik kabel şəbəkəli dam sistemi də nəzərdə tutulmuşdu.

▪️ Beynəlxalq memarlıq müsabiqəsinin qalibi olsa da, layihə 2010-cu ildə yeni rəhbərliyin gəlməsi ilə rədd edildi.

Rədd edilmə səbəbləri: rəhbərlik dəyişikliyi, maliyyə qeyri-müəyyənliyi, yüksək xərclər və şəhərsalma ilə bağlı çətinliklər.