EN

Aytən Səfərovanın 11 mini ələ keçirildi

Caspian International” Hospitalın bir qrup vəzifəli şəxsinin həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaiti oğurlaması barədə məlumat vermişdik.

"Bakuinfo" Teleqraf-a istinadla xəbər verir ki, cinayət işinin yeni təfərrüatı məlum olub.

Belə ki, xəstəxananın vəzifəli şəxsləri işdən çıxmış həkimin maaşının köçürüldüyü bank kartını ondan xəbərsiz bloklatdıraraq yenisini sifariş ediblər. Daha sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı 11 min manat məbləğində pulu ələ keçiriblər.

Məlumata görə, kartından pul oğurlanan şəxs tanınmış mama-ginekoloq Aytən Səfərovadır. Aytən Səfərova “Caspian International” Hospitaldakı işindən ötən ilin dekabr ayında ayrılıb. Aytən Səfərova işdən ayrıldıqdan sonra onun kartına 11 min manat köçürülüb. Bir müddət sonra Aytən Səfərova kartında olan vəsaiti nağdlaşdırmaq istəyib. Lakin məlum olub ki, onun kart hesabı bloklanıb. Sifariş verilən yeni kartdan ona məxsus vəsait nağdalaşdırılıb.

Chosen
99
31
bakuinfo.net

10Sources