EN

Müğənnilərin Mədəniyyət Nazirliyinə "müharibə" elan etdilər - Mənzər Nurəliyeva onlardan rüşvət alır/VİDEO

Müğənnilərlə Mədəniyyət Nazirliyi arasında "müharibə" davam edir.

Paytaxt.org xəbər verir  ki,bir qrup ifaçı və musiqiçi Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyevanı hədəf alıb.

Müğənnilərdən Nura Suri,Almaxanım Əhmədova,caz ifaçısı Təranə Mahmudova,kamança ifaçısı Şəhriyar Musayev də bu prosesə qatılıb.Müğənnilər bildirir ki,Mənzər Nurəliyeva onlardan rüşvət alır.O,xoşu gəlmədiyi müğənnilərin adını siyahıdan çıxarır.

Mövzu o qədər şişdi ki,məsələ efirlərə qədər gedib çıxdı.

Paytaxt.org bildirir ki, İctimai TV-dən sonra BakuTV-də bu problemə efir ayırdı.

"Aktual Gündəm" verilişində müğənni Nura Suri bildirib ki,Mənzər Nurəliyevanın vurduğu ətirin qiyməti 600 -1000 manatdır.

Müğənni Nura Suri daha sonra bildirib ki,Mənzər Nurəliyeva bir neçə yüz min manatı aşan plastik əməliyyat da etdirib.

Verilişdə Mədəniyyət Nazirliyindən də rəsmi şəxslər iştirak edib.Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov da verilişdə iştirak edib.O,müğənnilərin sözlərinə gülərək reaksiya verib.

Müğənni Nura Suri canlı efir zamanı Mədəniyyət Nazirliyinin rəsmi şəxslərinə Mənzər Nurəliyeva ilə bağlı suallar verib.

Daha ətraflı video materialı təqdim edirik:


Chosen
165
1
paytaxt.org

2Sources