EN

Vətəndaşların NƏZƏRİNƏ: Sənədsiz evlərlə bağlı yeni QƏRAR verildi

Ajans.az xəbər verir ki, minlərlə ailə illərlə yaşadığı evin rəsmi mülkiyyət sənədi olmadığı üçün ciddi problemlərlə üzləşir. Bu evlər Daşınmaz Əmlak Reyestrində qeydiyyata alınmadığından vətəndaşlar onları sata, ipotekaya qoya, sığortalaya və ya rahat şəkildə miras buraxa bilmir. Bu isə həm sosial, həm də iqtisadi çətinliklər yaradır. Vətəndaşlar bildirir ki, sənəd almaq üçün dəfələrlə müraciət etsələr də, müxtəlif maneələrlə qarşılaşırlar və bank kreditlərindən, sığortadan istifadə edə bilmirlər. Bildirilib ki, eyni zamanda bələdiyyələr də bu evlərdən vergi toplaya bilmədiyi üçün büdcə itkiləri yaşayır. Elnur Fərzəliyev, əmlak məsələləri üzrə ekspert qeyd edir ki, çıxarışı olan evlərin sahibləri torpaq və əmlak vergisi ödəyir, evlərini sığortalaya bilir və fövqəladə hallarda zərərin sığorta şirkətləri tərəfindən qarşılanması mümkün olur. Sənədsiz evlər isə gələcəkdə məhkəmə mübahisələri və miras bölgüləri zamanı ciddi problemlər yaradır. Məsələ ilə bağlı Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Katastrı Reyestr Xidməti bildirir ki, Azərbaycanda təxminən yüz minə yaxın sənədsiz evin amnistiyası prosesinə start verilib. Vətəndaşlar ASAN Xidmət mərkəzlərinə və ya Daşınmaz Əmlak Reyestrinin ərazi idarələrinə müraciət edə bilər. Mütəxəssislər baxış keçirdikdən sonra təxminən 15 gün ərzində sənədləşmə aparılır. Artıq beş mindən çox vətəndaş evini sənədləndirmək üçün müraciət edib.

Qeyd edək ki, çıxarış üçün 50 manat, texniki pasport üçün isə 75 manat dövlət rüsumu tələb olunur.

Chosen
37
Ajans.az

1Sources