Azərbaycanın qadınlardan ibarət sablya millisi Səudiyyə Ərəbsitanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, qılıncoynatma yarışlarının son günündə yarımfinal görüşündə Türkiyə millisinə 45:32 hesabı ilə qalib gələn Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komanda finala yüksəlib.
Həlledici qarşılaşmada Özbəkistan yığmasını 45:43 hesabı ilə məğlub edən təmsilçilərimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovadan ibarət şpaqa yığması bürünc medal qazanıb.