EN

Şagird sıxlığı az olan məktəblərin sayı AÇIQLANDI

“Azərbaycanda 4036 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin böyük hissəsində şagird sayı 1000-dən azdır. Ölkə üzrə ondan az şagirdi olan 94 məktəb var.

Bu rəqəm 20 şagirddən az olan məktəblərdə 247-yə, 30 şagirddən az olanlarda isə 401-ə yüksəlir. Ümumilikdə isə şagird sayı 100-dən az olan məktəblərin sayı artıq 1241-dir”.
 

MÖVZU İLƏ BAĞLI: 

Bu müəllimlər sertifikasiyaya cəlb edilməyəcək - Nazir AÇIQLADI/VİDEO


Paralel.az xəbər verir ki bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.

Nazir bildirib ki, ölkədə şagird sıxlığı 150-dən az olan təhsil müəssisələrinin sayı 1812-dir:

“200-dən az şagirdi olan məktəblərin sayı 2175-ə çatır. 500-dən az şagirdi olan məktəblərin sayı isə artıq 3147-dir”.

Chosen
9
8
paralel.az

9Sources